iCRA KURULU:  Dr.Baymirza HAYIT, Prof.Dr. Dursun YILDIRIM, Prof. Dr. Ahmet Bican ERCILASUN, Prof.Dr. Yumni SEZEN, Doçent.  Cemal ZEHIR, Gaz. Yazr. Rasim EKSI HUKUK DANISMANLARI: Av. Izzet CEMIL FIDAN, Av.Ilker TURNA, Av. Ömer YESILYURT, Av. Hakki KURTULUS, Av. Mehmet TASDELEN...    SITE SORUMLULARI:  Genel sorumlu: Erhan ÖZTUNC, Teknik Sorumlu: Naci ERKOVAN, Halkla Iliskiler: Melih YILMAZ...
  Hâlâ hesabınız Yok mu? Tıklayın! /
Sevgili Gönül dostu site sakini Kardeslerim...
gerek MHP gerekse ÜLKÜ OCAKLARIYLA ilgili yapilan yorumlarda mutlaka duyarli olmali,
hizip ve klik olacak yazilardan mutlaka kacinmaliyiz.
Eminimki kardeslerimiz bizi bu konuda anlayisla karsilayacaklardir.
BIR OLALIM IRI OLALIM DIRI OLALIM SELAM VE SAYGILARIMIZLA MEKANIM AILESI
   ........
   

    

Haberlesme


Sadece Üye Girişi Yapmış Olanlar Sohbet Edebilir. Lütfen Giriş Yapın ya da Üye Olun.

Ana menü

 Haber Arşivi
 Gazeteler
 Misafir Defteri
 Kısa Mesajlar
 Arkadaşına öner
 Bize Yaz
 Site ici Genel Arama
 Anketler
 Üye Bilgilerim
 Özel Mesajlarim
 Günlügüm
 Üyelerin listesi
 Siirler
 Sayfalara Köprüler
 Yönetici Giriş
 Siteden Ayrilis
 Site Görevlileri
 Haber öner
 Animasyon ve videolar
 Müzikler
 İsimler ve Anlamları
 Kitap Tanitimi
 Youtube Videolari
 Resim Albümü
 TurkDevletleri
 Padisahlar
 Unutulan Gazetelerimizden
 Köşe Yazar Girişi
 Uye şikayetleri
 Atatürkün Hayatı
 Haberleşme

Istanbul a bakis

Şehri İstanbul

İl Haritası

Kuşbakışı

©mekanim.Net

Sözlük

Yedi dilde sözlük
Mekanim Sözlük
Dilden dile çeviri
Dilden:
Dile:
Ara

Yeni Şiirler

· Havuz Geyiği
(1 okuma)
· MUTLU SON
(5 okuma)
· Türk Olmak
(13 okuma)
· Sos- Yal
(12 okuma)
· zulm etmeyin
(17 okuma)
· KALK YİĞİDİM!
(26 okuma)
· Yaşayan Türkçülere Ağıt
(12 okuma)
· CAN SULTAN!!!
(18 okuma)
· Kınalı Kuzular
(9 okuma)
· Sayın Bakan 1
(10 okuma)

Toplam 1014 şiiri kayıtlı

Videolar

Türk Tarihi

Gn:: Naci
-: July 16, 2009 13:30
İzlenme: 329
izlenim: 0.00 Puanlar: 0

Ülkücü Sehitlerimiz

Gn:: Naci
-: 19th Nov 2007
İzlenme: 2195
izlenim: 23.00 Puanlar: 6

Akif e

Gn:: Naci
-: 06th Oct 2007
İzlenme: 2218
izlenim: 8.00 Puanlar: 2

Ant Şiiri

Gn:: Naci
-: 06th Oct 2007
İzlenme: 2493
izlenim: 10.00 Puanlar: 2

Çanakkale Şehitlerine

Gn:: Naci
-: 06th Oct 2007
İzlenme: 2511
izlenim: 0.00 Puanlar: 0

Tarih boyunca Türkler

Gn:: Naci
-: 06th Oct 2007
İzlenme: 2154
izlenim: 5.00 Puanlar: 1

Şanlı mirasımız Osmanlı

Gn:: Naci
-: 06th Oct 2007
İzlenme: 2339
izlenim: 8.00 Puanlar: 2

Cengiz Han 2

Gn:: Naci
-: 05th Oct 2007
İzlenme: 2304
izlenim: 0.00 Puanlar: 0

Cengiz Han 1

Gn:: Naci
-: 05th Oct 2007
İzlenme: 2186
izlenim: 0.00 Puanlar: 0

Fatih Sultan Mehmet Han

Gn:: Naci
-: 05th Oct 2007
İzlenme: 2502
izlenim: 5.00 Puanlar: 1

Mekanim.de :: Başlığı Görüntüle - Rauf Arifoğlu'ndan Türk Hükümetine sitem
 Pano KılavuzuPano Kılavuzu   AramaArama   GruplarGruplar   HesabınızHesabınız   Oturum AçOturum Aç 

Rauf Arifoğlu'ndan Türk Hükümetine sitem

 
Yeni Başlık Gönder   Cevap Gönder    Mesaj Panosu -> Politika ve Siyaset Politika ve Siyaset
« Önceki başlık :: Sonraki başlık »  
Yazar Mesaj
erhanoztunc
Site Admin
Site Admin


Yaş: 51
Kayıt: Nov 24, 2004
Mesajlar: 1052

turkey.gif

Seviye : 28
G.M.: 0 / 1963  
 0%
T.M.: 937 / 937  
 100%
S.Y.S: 52 / 87  
 59%


Durum:

MesajTarih: 15.10.2009 03:08   Mesaj konusu: Rauf Arifoğlu'ndan Türk Hükümetine sitem  Alıntıyla Cevap Gönder

Bu konuyu facebook'ta paylasin!
Sevgili Arkadaşlar
Kardeş yayın organımız www.musavat.com gazetesi Baş Redaktörü Rauf Arifoğlu'nun nezih yazısını çevirisini yapmadan yayınladım.Belki okumakta zorlanabilirsiniz ama yinede okuduklarınızla çok şey anlıyacağınız kanaatindeyim.


YANDIRILMALI PORTRETLƏR
Ərdoğanın sırası deyildi



Azərbaycana bütün mövzularda ən böyük pisliyi Rusiya yapıb və yapmaqdadır. Dağlıq Qarabağı və ətraf rayonları ermənilərlə birgə Rusiya işğal edib. Azərbaycan bu gün məhz Rusiyanın qorxusundan və təhdidindən çəkinərək öz torpaqlarını hərbi yolla azad etməyə qalxa bilmir. Ötən il Gürcüstan vasitəsilə Azərbaycana da gözdağı verən Rusiya ermənilərin və Ermənistanın əsas dayağıdır. Rusiya faktoru olmasa, bu ölkə ən azı neytrallığını saxlasa, Azərbaycan bir neçə günə Qarabağı da geri alar, hələ yerdə qalan tarixi torpaqlarımızı da.

Belə olan halda hörmətli Akif Nağı niyə gedib Rusiya səfirliyi qarşısında Medvedyevin, Putinin şəkillərini yandırmır?

Tayyib Ərdoğanı və AKP iqtidarını biz də tənqid edirik. Bunu etmək, cəmiyyətin baş verənlərə təpkili olduğunu Türkiyədəki iqtidara və bütün dünyaya sərgiləmək mühümdür. Bütün Türkiyədə və başqa məkanlarda Azərbaycanla bağlı qəbul olunacaq qərarlara təsir etmək, qardaş ölkənin AKP iqtidarını təzyiq altında saxlamaq, bundan o tərəfə addım atarsa, Azərbaycanı birdəfəlik küsdürəcəyini nümayiş etdirmək baxımından da vacibdir. Amma Gülün, Ərdoğanın portretini yandırmaq yolverilməzdir. Türklük açısından xəyanətdir həm də. Türkiyə və türk düşmənlərini sevindirməkdir. Azərbaycanı zəif düşürməkdir...

İqtidarlar gəldi-gedərdi. Onlar səhvlər yapa bilərlər. Amma Türkiyə, Azərbaycan, türk milləti dünya durduqca durası faktorlardır. Və ikinci bir Türkiyəmiz də yoxdur.

Heç Azərbaycanda Qarabağa Türkiyədəki qədər xalq, media və siyasət dəstəyi yoxdur. Hanı, olsaydı bir biz də görərdik.

Amma Türkiyə müxalifətinin, cəmiyyətinin, mediasının timsalında bu gün Azərbaycanın haqları dünya səviyyəsində qorunur. Dövlət Baxçalı da Türkiyədir, Dəniz Baykal da... Türk mediası tarixdə heç vaxt olmayan qədər üzünü Azərbaycana tərəf tutub. Aldığımız-verdiyimiz nəfəsi də dünyaya duyurur. Hansı ki, bizim əzilmiş, bitirilmiş mediamız bu mərhələdə bunları bacarmayacaqdı.

“Yeni Müsavat”ın, “Azadlıq”ın, lent.az-ın, “Turan”ın, APA-nın yazdığını dərhal, anındaca 80 milyonluq Türkiyəyə və bütün dünyanın xəbər məkanına ulaşdırır türk mediası. Bizi, aztirajlı Azərbaycan mediasını xəbər qaynağı yaparaq böyüdür, gücləndirir.

Bax, Azərbaycan və Türkiyə arasında münasibətlər bu nümunənin timsalındadır. Türkiyə təkcə mediamızı yox, Azərbaycanımızı da böyüdür. Türkiyə olmasa, bizi əzərlər - bəlkə də çoxdan əzib bitirmişdilər də.

İndi Türkiyədə AKP hökuməti iqtidardadır. Bu iqtidar “kürd və erməni açılımı” kimi iki qorxunc və çox riskli layihənin icrasını aparır. Əlbəttə ki, bu layihələr harada türk varsa, onun mənafelərinə toxunur. Harada kürd və erməni varsa, onlara qol-qanad verir. Bu - bir gerçəkdir.

Buna qarşı dirənək, dayanaq, mübarizə aparaq. Amma Türkiyə Cümhuriyyəti baş nazirinin şəkillərini yandırmadan. Türkiyəmizin bir parçası olan Böyükelçiliyin üstünə getmədən. Türkiyə səfirliyinə qarşı əyləm yapmaq bütün türk dünyasına qarşı davranmaqdır. Azərbaycan türklərinin özünə qarşı çıxmaqdır.

Həm də “erməni açılımı” qədər də “kürd açılımı”na diqqət və etiraz etməliyik. Qarabağ necə türk-İslam torpağıdırsa, Türkiyənin hər parçası da o qədər Azərbaycan torpağıdır. Qarabağın ermənilərə, Türkiyənin də kürdlərə qapdırılmasının əleyhinə birgə çıxmaq, birgə davranmaq zamanıdır.

Bunu biz ancaq Türkiyəni arxamıza alaraq edə bilərik. Bunu biz ancaq Türkiyə mediası, cəmiyyəti, müxalifəti, hətta iqtidarı ilə əl-ələ tutaraq, onlarla daha da yaxınlaşaraq həyata keçirə bilərik.

Abdullah Gülün, Tayyib Ərdoğanın şəkillərini odlamaqla Azərbaycanda Türkiyə sevgisini artırmağın mümkün olmadığını cocuq da bilir. Bununla AKP iqtidarını və sayı ölkəmizin əhalisinin sayından çox olan AKP-liləri Azərbaycana qarşı çeviririk. Onlar düşünəcək və əmin olacaqlar ki, bunu Azərbaycan iqtidarı təşkil edib. Və buna mütləq cavab verəcəklər.

Yandırılmalı o qədər portretlər var ki... Ərdoğan onların sırasında varsa da ən axırıncılardandır...


Başa dön
Kullanıcı bilgilerini göster Kişisel mesaj gönder Kullanıcının web sitesini ziyaret et
Mesajları göster:   
Yeni Başlık Gönder   Cevap Gönder    Mesaj Panosu -> Politika ve Siyaset Tüm saatler GMT +3 Saat
1. sayfa (Toplam 1 sayfa)

 
Forum Seçin:  
Bu forumda yeni konular açamazsınız
Bu forumdaki mesajlara cevap veremezsiniz
Bu forumdaki mesajlarınızı değiştiremezsiniz
Bu forumdaki mesajlarınızı silemezsiniz
Bu forumdaki anketlerde oy kullanamazsınız


Powered by phpBB © 2001-2003 phpBB Group
phpBB port v2.0.7 based on Tom Nitzschner's phpbb2.0.6 upgraded to phpBB 2.0.7 standalone was developed and tested by:
ChatServ, mikem,
and Paul Laudanski (aka Zhen-Xjell).

Version 2.0.7 by Nuke Cops © 2004 http://www.nukecops.com
 




sitemiz PHP-Nuke kodlarına sahiptir. GNU/GPL lisansı dağıtılan ?cretsiz yazılımdır.